Türkiyənin Amasya vilayətində qar səbəbindən idarəetmədən çıxan sərnişin avtobusu maneələrə çırpılıb.
“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, hadisə Çorum-Amasya magistralında qeydə alınıb.
Nəticədə, 30 nəfər yaralanıb. Onlardan biri uşaqdır. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.