Türkiyədə “buster” doza olaraq “Turkovac” peyvəndi vurula bilər

Türkiyədə  “buster” doza olaraq “Turkovac” peyvəndi vurula bilər
Oxunma sayı: 684

Türkiyədə BioNTech peyvəndinin iki dozasından sonra “Buster” doza kimi “Turkovac” peyvəndinin tətbiqi ilə bağlı araşdırmalara başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bunu Ankara şəhər xəstəxanasının baş həkimi İhsan Ateş deyib.

Araşdırmanın Ankara Şəhər Xəstəxanasının koordinasiyasında İzmir və İstanbuldakı xəstəxanalarla birlikdə 5 mərkəzdə aparılacağını bildirən baş həkim bildirib: 

“Tədqiqat açıq etiketli və iki qollu olacaq, burada könüllülər istədikləri peyvəndi seçə biləcəklər. Peyvəndimizin iki qollu olmasının səbəbi Şanlıurfadakı Dollvet fabrikində və Tekirdağdakı Koçak Farmada istehsal olunmasıdır. Ümumilikdə 1034 könüllü ilə işimizi tamamlayacağıq.Tədqiqatın 3 ay kimi qısa müddətdə tamamlanmasını gözləyirik”.