Türkiyədə azərbaycanlı uçqun altında qalıb öldü - Video

turkiyede-azerbaycanli-ucqun-altinda-qalib-oldu
Oxunma sayı: 3921

Türkiyənin Artvin vilayətində torpaq uçqunu zamanı azərbaycanlı sürücü həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyasından (ABADA) bildirilib.

Qeyd edilib ki, uçqun nəticəsində Türkiyə vətəndaşları olan daha iki TIR sürücüsü xəsarət alıb: “Vəfat edən sürücümüzün kimliyini müəyyən etmək istiqamətində ABADA tərəfindən işlərə başlanılıb”.