Türkiyədə avtobus aşdı, xeyli sayda yaralı var - Video

Türkiyədə avtobus aşdı, xeyli sayda yaralı var
Oxunma sayı: 1101

Türkiyədə Çankırı-Eldivan yolundan ağır yol qəzası baş verib.

“Qafqazinfo” “A Haber”ə istinadən xəbər verir ki, avtobusun aşması nəticəsində 18 sərnişin xəsarət alıb. Onlardan 3-nün vəziyyəti ağırdır. Yaralılar xəstəxanaya yerləşdirilib. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları qəza ilə bağlı araşdırma aparır. Versiyalardan birinə görə, avtobus sürücüsü idarəetməni itirib.