Türkiyədə avtobus aşdı - 28 nəfər yaralandı

Türkiyədə avtobus aşdı
Oxunma sayı: 629

Türkiyənin Antalya şəhərindən İstanbula 34 sərnişinlə yola düşən avtobus aşıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə qəza zamanı 28 sərnişin yaralanıb.

Hadisə yerinə çox sayda təcili yardım, xilasetmə, polis və jandarma qrupları sövq edilib.

Qəza yerində edilən ilk müdaxilədən sonra yaralılar şəhərdəki xəstəxanalara yerləşdirilib.

Avtobus sürücüsü A.E. dindirilmək üçün polis bölməsinə aparılıb.