Türkiyədə arvadını qətlə yetirən ər cinayəti feysbukda etiraf etdi - Foto

Türkiyədə arvadını qətlə yetirən ər cinayəti feysbukda etiraf etdi
Oxunma sayı: 2374

Türkiyənin Çanaqqala şəhərində yaşayan Ayşə Korur boşanma ərəfəsində olduğu əri Gencay Korur tərəfindən qətlə yetirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Bildirilib ki, ötən gecə Gencay Korur qayınatasının evinə gələrək arvadı ilə danışmaq istədiyini deyib. Evə daxil olan Gencay Ayşəni odlu silahla qətlə yetirərək hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bundan sonra qatil ər feysbuk hesabında törətdiyi cinayəti “qürur duyaraq” etiraf edib.

Paylaşımdan sonra polis törətdiyi qətli etiraf edən Gencay Korurun tutulması üçün axtarışa başlayıb.