Türkiyə və Gürcüstandan Azərbaycan xalqına təbrik mesajı

Türkiyə və Gürcüstandan Azərbaycan xalqına təbrik mesajı
Oxunma sayı: 700

Türkiyə və Gürcüstanın Xarici İşlər Nazirlikləri Müstəqilliyin Bərpası Günü ilə əlaqədar olaraq Azərbaycanı təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, hər iki qonşu ölkənin nazirliyi bu barədə tviterdə paylaşım edib.

“Can Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsinin 30-cu ildönümünü ən səmimi diləklərimizlə təbrik edirik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”, - deyə paylaşımda qeyd olunub.

Gürcüstan XİN də öz növbəsində Azərbaycan xalqına öz səmimi təbriklərini və ən xoş təbriklərini çatdırıb: “Biz Gürcüstan və Azərbaycan arasında möhkəm strateji tərəfdaşlığa dəyər veririk və bu tərəfdaşlığı xalqlarımızın rifahı naminə də gücləndirəcəyik”.

***

Bununla yanaşı, Türkiyə və Gürcüstan XİN rəhbərləri Mövlud Çavuşoğlu və David Zalkaliani də Müstəqilliyin Bərpası Günü ilə əlaqədar olaraq Azərbaycan xalqına öz təbriklərini çatdırıblar.