“Türkiyə üzərinə düşəni yerinə yetirəcək” - Ərdoğan

“Türkiyə üzərinə düşəni yerinə yetirəcək”
Oxunma sayı: 1386

“İqlim böhranı ilə mübarizədə və təmiz enerji dönüşümünü təmin etməkdə öz üzərimizə düşəni həyata keçirməyə davam edəcəyik”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Yüksək Səviyyəli Enerji Dialoqu iclasına videomüraciətində deyib.

O, müraciətdə qlobal istiləşmə və iqlim dəyişikliyinin bəşəriyyət tarixinin ən əhəmiyyətli problemlərindən biri olduğunu vurğulayıb:

“Bu böhran yalnız qlobal əməkdaşlıq sayəsində idarə edilə bilər. Bunun üçün kimsəni geridə qoymamalı və ədalətli yük paylaşımını təmin etməliyik.

Bu istiqamətdə ən əhəmiyyətli töhfəni enerji sektorunun verəcəyi məlumdur. Buradakı düstur da aydındır. Ənənəvi enerji mənbələrindən istifadə azaldılmalı, bərpa olunan və təmiz enerji mənbələri genişləndirilməli, enerji səmərəliliyi artırılmalıdır.

Türkiyə olaraq, bərpa olunan enerjidə və enerji səmərəliliyində böyük bir uğura imza atırıq”.