Türkiyə parlamenti bu gün yeni sədr seçəcək

turkiye-parlamenti-bu-gun-yeni-sedr-sececek
Oxunma sayı: 1560

Bu gün saat 14:00-da Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni sədri seçiləcək.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, səsvermə deputatlar arasında gizli keçiriləcək.

İlk iki turda 400 deputatın səsi tələb olunur. Həmin səs toplanmazsa, səsvermənin üçüncü turu keçiriləcək. Bu turda isə 301 səs yetərli olacaq. 

Xatırladaq ki, Ədalət və İnkişaf Partiyası və Milliyyətçi Hərəkat Partiyası, İyi Partiyası və Cümhuriyyət Xalq Partiyasının seçilmiş nümayəndələri öz namizədliyini irəli sürüb.