Türkiyə ordusunun əsgəri şəhid oldu

Türkiyə ordusunun əsgəri şəhid oldu
Oxunma sayı: 603

İraqın şimalındakı Metina bölgəsində əldəqayırma partlayıcıya basaraq yaralanan Türkiyə ordusunun əsgəri şəhid olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Türikiyənin Milli Müdafiə Nazirliyi bəyanat yayıb:

"20 may 2022-ci ildə İraqın şimalında, Metina bölgəsində qəhrəman silahdaşımız baş çavuş Tunahan Erbaşı əldəqayırma partlayıcıya basaraq yaralanıb və dərhal xəstəxanaya göndərilib. Edilən bütün cəhdlərə baxmayaraq şəhid olub. Şəhidimizə Allah rəhmət eləsin. Ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və xalqımıza  başsağlığı verir, səbr diləyirik”.