Türkiyə ordusunun əsgəri şəhid oldu

Türkiyə ordusunun əsgəri şəhid oldu
Oxunma sayı: 868

Türkiyə Silahlı Qüvvələrinin PKK terror təşkilatına qarşı keçirdiyi Eren Kış-6 əməliyyatı zamanı türk hərbçi şəhid olub.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat Tuncelinin Ovacık ərazisində aparılıb. 3 terrorçu məhv edilsə də, Türkiyə ordusunun əsgəri ağır yaralanıb və o, xəstəxanada vəfat edib.

Daxili işlər naziri Süleyman Soylu şəhidin ölümü ilə əlaqədar Türkiyə xalqına və yaxınlarına başsağlığı verib.