Türkiyə ölkə sərhədlərində antiterror əməliyyatları keçirəcək

Türkiyə ölkə sərhədlərində antiterror əməliyyatları keçirəcək
Oxunma sayı: 967

Türkiyə ordusu ölkə sərhədlərində antiterror əməliyyatları keçirəcək.

“Qafqazinfo” türk mətbuatına istinadən xəbər verir ki, bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlama verən zaman danışıb.

"Biz davam edən hücumlar fonunda sərhədlərimizdə təhlükəsizliyin təmin edilməsi ilə bağlı vəzifələrimizi davam etdirəcəyik. Tezliklə sərhədlərimizdə yeni əməliyyatlar başlanacaq, Təhlükəsizlik Şurasının iclasında müvafiq qərarlar qəbul ediləcək" ,- deyə Ərdoğan bildirib.