Türkiyə Montrö Konvensiyasına uyğun olaraq Bosfor və Dardanel boğazlarından gəmilərin keçid rüsumunu yenidən artıracaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Aydınlık” qəzeti yayıb.
Həmçinin oxuyun: Златан Ибрагимович объявил о завершении карьеры
ЗАО “AzerGold” провело в Дашкесане очередную акцию для детей “Книжка в подарок”
Məlumata görə, iyulun 1-dən sözügedən rüsum 8%-dən çox artırılacaq və 4,42 dollar təşkil edəcək.
Qəzet yazır ki, ötən illərdə gəmilərin keçidindən gələn gəlir təqribən 160-170 milyon dollar olub. 2023-cü ildə isə bu gəlir 900 milyon dollar təşkil edə bilər.
Xatırladaq ki, Bosfor və Dardanel boğazlarından gəmilərin keçidi üçün nəzərdə tutulan rüsum ötən ilin oktyabrın 7-dən etibarən 5 dəfə artırılıb. Belə ki, əvvəllər 1 tona görə nəzərdə tutulan 0,8 dollar olan rüsum 4 dollar olaraq təyin edilib.
Günel İbrahimova