Türkevi konsulluq xidmətləri göstərəcək

Türkevi konsulluq xidmətləri göstərəcək
Oxunma sayı: 798

Nyu-Yorkda açılan yeni Türkevi binası sentyabrın 27-dən etibarən konsulluq xidməti göstərməyə başlayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğu Tvitter hesabında paylaşıb.

Qeyd edək ki, binanın açılışını sentyabrın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan etmişdi. Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyi də bu binada yerləşir.