“TuranBank”dan özünüməşğulluq proqramına növbəti dəstək! - Fotolar

“TuranBank”dan özünüməşğulluq proqramına növbəti dəstək!
Oxunma sayı: 1173

“TuranBank” sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə əvəzsiz olaraq avadanlıq verilməsi istiqamətində fəaliyyətini davam etdirərək 5 əlillik dərəcəsi olan şəxsi fəaliyyət göstərdikləri sahə üzrə ehtiyac duyduqları iş alətləri ilə təmin edib.

“Qafqazinfo” xəbər verir ki, Gəncə şəhərindən Ceyhun Həsənov, Xaçmaz rayonundan Zaur Paşayev, Ağcabədi rayonundan Şahin Rüstəmov, Bərdə rayonundan Elşən Məmmədov və Goranboy rayonundan Sənan Nuriyev özünüməşğulluq proqramına müraciətləri əsasında avtoyuma üçün peşəkar avadanlıqlarla təmin olunub. 

Xatırladaq ki, sözügedən dəstək 11 mart 2020-ci il tarixində ölkə başçısının həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə ölkədə fəaliyyət göstərən banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək vermək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünəməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanan Memoranduma əsasən TuranBank tərəfindən həyata keçirilir.

Bütün proqram iştirakçılarını təbrik edir və gələcək işlərində uğurlar arzulayırıq!