Tramp Ağ Evlə vidalaşdı - Video

Tramp Ağ Evlə vidalaşdı
Oxunma sayı: 5228

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp seçilmiş Prezident Co Baydenin andiçmə mərasiminə bir neçə saat qalmış Ağ Evlə vidalaşıb. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evin həyətinə enən helikopter Tramp ailəsini hava limanına aparacaq.

Daha əvvəl Trampla xanımının Ağ Evi səhər saat 08:00-da tərk edərək Palm-Biçə (Florida ştatı-red.) yollanacaqları barədə xəbər verilmişdi. 

Qeyd edək ki, Co Baydenin inauqurasiya mərasiminin yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 21:00-da-red.) başlayacağı gözlənilir.




asssssssssssssssssss