Tofiq Yaqublunun döyülməsi ilə bağlı xəbərlərə - DİN-dən reaksiya

Tofiq Yaqublunun döyülməsi ilə bağlı xəbərlərə
Oxunma sayı: 16840

DİN Tofiq Yaqubluya polis tərəfindən xəsarət yetirilməsi ilə bağlı iddialara münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Tofiq Yaqublunun bölmədə döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır:

“Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaq”, - o qeyd edib.

DİN rəsmisi onu da əlavə edib ki, bu gün şəhərin mərkəzində razılaşdırılmayan aksiyada saxlanılanlar arasında qadın və azyaşlı yoxdur:

"Saxlanılan şəxslərin bir qisminə xəbərdarlıq edilərək, sərbəst buraxılıb, digərləri barəsində araşdırmalar davam etdirilir".

Həmçinin oxuyun: “AA” nömrəli maşının düşdüyü qəza haqda - Açıqlama

Qeyd edək ki, bu gün bir qrup şəxs Nizami küçəsi və Fəvvarələr bağında icazəsiz aksiya keçirməyə cəhd edib.