Tibbi maska ilə bağlı cərimə Milli Məclisdə müzakirə olunur

Tibbi maska ilə bağlı cərimə Milli Məclisdə müzakirə olunur
Oxunma sayı: 2679

"Karantin rejimində tibbi maskaların istifadəsi məcburi və mütləq olacaq".

"Qafqazinfo"nun verdiyi xəbərə görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib. O bildirib ki, qanunda müəyyən olunmuş hallarda maska taxmayanlarla bağlı cəzanın müddəti və məbləği bəlli deyil: "Bu məsələ hazırda Milli Məclisdə baxılır, qanun qəbul edildikdən sonra tətbiqinə başlanılacaq. Cərimələnmələri karantin qaydalarına nəzarət edən qurumlar yaza biləcək. Maska taxmayanlarla bağlı cərimə İnzibati Xətalar Məcəlləsində öz əksini tapacaq. 

Qurum rəsmisi əlavə edib ki, hansı rayonda yoluxma artarsa, həmin rayona giriş-çıxış qapadıla və daha güclü karantin rejimi tətbiq edilə bilər. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi