Texniki Universitetdə yoluxma, 3 qrup distant təhsilə keçirildi

Texniki Universitetdə yoluxma, 3 qrup distant təhsilə keçirildi
Oxunma sayı: 962

Bu gündən Azərbaycan Texniki Universitetində 3 qrup distant təhsilə keçirilib. 

Bu barədə “Qafqazinfo”ya universitetin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova  məlumat verib. Onun sözlərinə görə, 3 tələbədə koronavirus aşkarlanıb:

“Qrupda başqa tələbələrdə yoluxma qeydə alınmayıb. Pandemiyanın qaydalarına uyğun olaraq, həmin tələbələr izolyasiya olunublar. Hazırda onların vəziyyətləri normaldır”.

Qeyd edək ki, distant təhsilə keçirilmiş qruplarda iki həftədən sonra ənənəvi tədris bərpa olunacaq.

Gülnar Əliyeva