Tesla 4-cü rübü də ardıcıl mənfəətlə başa vurdu

Tesla 4-cü rübü də ardıcıl mənfəətlə başa vurdu
Oxunma sayı: 987

ABŞ-ın elektrik nəqliyyat vasitələri və günəş panelləri istehsalçısı Tesla Inc. (SPB: TSLA) aprel-iyun aylarında ardıcıl dördüncü rüb qazanc əldə edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə şirkətin press-relizində məlumat verilib. Şirkət  keçən ilin eyni dövründəki 408 milyon dollar və ya hər hissəyə 2.31 dollar itki ilə müqayisədə bu il 104 milyon dollar və ya bir hissə üçün 50 sent qazanc əldə edib.

Gəlirlər isə 5% azalaraq bir il əvvəlki 6.4 milyard dollardan $ 6.04 milyarda enib.

Teslanın ilin ilk yarısındakı irəliləməsi, şirkətin 2020-ci ilin ikinci yarısına uğurla başlamasına yol açıb. "Mövcud zavodlarda istehsal həcmi artan tələbatı ödəmək üçün böyüməkdə davam edir və biz də gücü artırırıq",-deyə şirkətin investorlara açıqlamasında bildirilib.