Təltif olunanlar arasında helikopter qəzasının şəhidləri də var - Siyahı

Təltif olunanlar arasında helikopter qəzasının şəhidləri də var
Oxunma sayı: 2141

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, hərbi qulluqçular arasında “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı baş vermiş helikopter qəzasında həlak olan yeddi hərbçinin də adı var.

Onlar aşağıdakılardır:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Əliyev Xəyyam Əlixan oğlu – kapitan (ölümündən sonra)

“Vətən uğrunda” medalı ilə

Əhmədov Elburus Səmrəddin oğlu – mayor (ölümündən sonra)

Əliyev Emil Elman oğlu – mayor (ölümündən sonra)

Əhmədxanov Ceyhun Xanlar oğlu – tibb xidməti kapitanı (ölümündən sonra)

Qaraisayev Teymur Ənvər oğlu – kapitan (ölümündən sonra)

Nağıyev Fərid Təyyar oğlu – baş leytenant (ölümündən sonra)

Süleymanov Abdulla Telman oğlu – leytenant (ölümündən sonra)

Xatırladaq ki, ötən il noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri təlim uçuşları yerinə yetirərkən qəzaya düşüb. Hadisə nəticəsində 14 hərbçimiz şəhid olub, 2-si isə yaralanıb.