Təhlükəli qida və yem məhsullarının geri çağırılması qaydası təsdiqlənəcək

Təhlükəli qida və yem məhsullarının geri çağırılması qaydası təsdiqlənəcək
Oxunma sayı: 780

Təhlükəli qida və yem məhsullarının geri çağırılması qaydası təsdiqlənəcək.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin “Qida təhlükəsizliyi haqqında” qanunun tətbiqi və “Yeyinti məhsulları haqqında” qanunun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, “Yeyinti məhsulları haqqında” qanunun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında fərmanında deyilir:

“Nazirlər Kabineti həmin Qanunun tələblərinə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin”.