Təhdid olunduğu üçün polisə müraciət etdi

Təhdid olunduğu üçün polisə müraciət etdi
Oxunma sayı: 2391

Argentina Prezidenti Alberto Fernandes həyatı üçün təhlükəli mesajlar alıb.

“Qafqazinfo” xəbər verir ki, siyasətçi bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. 

"Həyatım üçün təhdid mesajı aldım. Polis araşdırır", - deyə o bildirib.

Fernandes qeyd edib ki, istintaqa qarışmaq istəmədiyi üçün təfərrüatlara varmaq istəmir.