Təcridxanada saxlanılan şəxs tüfəngini təhvil verdi

Təcridxanada saxlanılan şəxs tüfəngini təhvil verdi
Oxunma sayı: 1189

Bakı İstintaq təcridxanasında saxlanılan Muradov Zülfi İlqar oğlu "Eskort" markalı Vinçester tüfəngini könüllü olaraq təhvil verib. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin məlumatında deyilir. 

Bildirilir ki, Penitensiar xidmətin, Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının və Yasamal rayon Polis idarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs qismində Bakı İstintaq təcridxanasında saxlanılan Muradov Zülfi İlqar oğlu həbs edilməmişdən əvvəl Yasamal rayonu ərazisində yerləşən evində gizlətdiyi 1 ədəd “Eskort” markalı Vinçester tüfəngini könüllü olaraq təhvil verib.

Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi