Tatlısəs “Abdullah Uçmak” adını görüb polisə şikayət etdi

Tatlısəs “Abdullah Uçmak” adını görüb polisə şikayət etdi
Oxunma sayı: 2760

Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs təhdid olunması iddiası ilə prokurorluğa müraciət edib. 

“Qafqazinfo” Türk mediasına istinadən xəbər verir ki, müğənni şikayətində bildirib ki, Abdullah Uçmak adı etiketlənərək sosial şəbəkədə paylaşım edilib və bunu özünə qarşı təhdid kimi qəbul edir. 

Tatlısəsin şikayətindən sonra araşdırmalara başlanılıb və prokurorluq paylaşımın məzmununda  təhdidlə bağlı heç nə aşkarlanmadığını bildirib. 

Qeyd edək ki, illər öncə Tatlısəsin həyatına sui-qəsd törədənlərin arasında Adullah Uçmak da şübhəli bilinərək saxlanılmışdı. İstanbul Ağır Cəza Məhkəməsi onunla birlikdə 12 nəfər barəsində həbs qərarı çıxarmışdı.