Tarixi binada quraşdırılan boru söküldü - Fotolar

Tarixi binada quraşdırılan boru söküldü
Oxunma sayı: 4489

Bu gün sosial şəbəkələrdə Səbail rayonu, Hacı Zeynalabdin Tağıyev küçəsi:11 ünvanında yerləşən tarixi memarlıq binasının fasadında havasorucu boru quraşdırılması barədə məlumat paylaşılıb. 

“Qafqazinfo”nun məlumatına görə, sözügedən məlumat araşdırılıb, sakinlərin müraciəti əsasında araşdırmalar aparılıb. Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları tərəfindən memarlıq əhəmiyyətli binada quraşdırılan havasorucu boru demontaj edilib və fasad əvvəlki vəziyyətinə bərpa edilib.

Əraziyə nəzarətin gücləndirilməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilib.

Murad Əhməd

Foto: Pərvin Zeynal