Tanınmış meyxanaçılar karantini pozdu, cərimələndi - Foto

Tanınmış meyxanaçılar karantini pozdu, cərimələndi
Oxunma sayı: 6559

Tanınmış meyxanaçılar Rüfət Kərimov, Orxan Lökbatanlı və Mehman Əhmədli məsuliyyətə cəlb ediliblər.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həmin şəxslərin karantin qaydalarını pozduğu aşkar olunub.

Qeyd olunan şəxslərin hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, 400 manat məbləğində cərimə olunublar.