Tanınmış cütlük həbs oluna bilər

Tanınmış cütlük həbs oluna bilər
Oxunma sayı: 6504

Türkiyənin məşhur müğənniləri Safiye Soyman və həyat yoldaşı Faik Öztürk həbs oluna bilər.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar Eskişehirdə un məmulatlarının topdansatışı ilə məşğul olan şəxsin pulunu mənimsəməkdə ittiham olunurlar.

Belə ki, iddiaya görə, cütlük 100 min lirəlik un məmulatı alıb, amma pulunu ödəməyiblər. Un məmulatlarını satan şəxs bu ittihamla tanınmışları məhkəməyə verib. Eskişehir Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilən iddianamədə 3 ildən 10 ilə qədər həbs cəzası istənilib.

S.Soyman və əri F.Öztürk ifadələrində həmin şirkətlə reklam üzü olmaq üçün razılaşdıqlarını deyiblər. Qeyd ediblər ki, onları məhkəməyə verən şəxslə iqtisadi əlaqələri olmayıb. Cütlük barələrindəki ittihamları qəbul etməyib.