Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi
Oxunma sayı: 3596

Rusiyanın Əməkdar artisti, Vladimir Mayakovski adına Moskva Akademik Teatrın aktyoru Rəsmi Cəbrayılov dünyasını dəyişib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, aktyor 90 yaşında vəfat edib.

Qeyd edək ki, R.Cəbrayılov 1932-ci il dekabrın 8-də Rusiyanın Dağıstan Respublikasının Qasımkənd rayonunda anadan olub.

O, 1964-cü ildən Taqanka Teatrında çalışır. 2002-ci ildə Vladimir Mayakovski adına Moskva Akademik Teatrının truppasına daxil olub.

R.Cəbrayılov Azərbaycan kinosunda “1001-ci qastrol”, “De ki, məni sevirsən!”, “İşgüzar səfər”, “Nizami”, “Bəyin oğurlanması”, “Alman klinikasına şəxsi səfər” və “Ölsəm, bağışla” filmlərində maraqlı obrazlar yaradıb.