TANAP-la Türkiyəyə nə qədər neft daşınıb?

TANAP-la Türkiyəyə nə qədər neft daşınıb?
Oxunma sayı: 444

"Bu ilin sentyabrın sonuna qədər Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) üzərindən Türkiyəyə 2,7 mlrd. kubmetr təbii qaz daşınıb".

“Qafqazinfo” xəbər verir ki, bunu bu gün İstanbulda keçirdiyi mətbuat konfransında TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib.

Onun sözlərinə görə, yekun investisiya qərarı qəbul ediləndə ümumi xərclər 11,7 mlrd. dollar həcmində qiymətləndirilən layihə tikinti mərhələsində maksimum səmərəlilik nəticəsində indiyə qədər 45 faiz qənaət əldə edilib: “Bu layihə 6,5 milyard dollara başa gəlib. Layihə tam zamanında tamamlanıb: "17,6 km uzunluğunda və 90 sm diametrdə dəniz keçidi, su səthindəki birləşmələri ilə birlikdə 51 gündə başa çatdırılıb".

***

 Saltuk Düzyol qeyd edib ki, TANAP layihəsi çərçivəsində bu günədək boru kəməri boyunca sosial və ətraf-mühitin mühafizəsi məqsədilə 1000-ə yaxın layihə həyata keçirilib.

Onun sözlərinə görə, layihənin icrası zamanı boru kəmərinin keyfiyyətinə, ətraf-mühitin mühafizəsinə, əməyin təhlükəsizliyi və sağlamlığın qorunmasına beynəlxalq standartlara əməl olunub. O qeyd edib ki, layihədə cəmi 114 251 824 adam-saat iş yerinə yetirilib: “İnşaat həyata keçirilən qazıntı işlərinin ümumi həcmi 50,908,400 kubmetr təşkil edib”. 

S.Düzyol bildirib ki, Trans-Anadolu qaz boru kəmərinin (TANAP) səhmdarları TANAP-ın işlənilməsindən illik 1,45 mlrd. dollar gəlir əldə edəcək: "Bu gəlirin 58% Azərbaycanın payına düşəcək. Trans-Anadolu qaz boru kəmərinin (TANAP) işə salınması Azərbaycanla Türkiyə arası qaz nəqli həcmlərini artıracaq və Türkiyənin Rusiyadan alınan qazdan asılılığını daha da azaldacaq". 

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi