“Taliban” Türkiyədən gözləntisini açıqladı

“Taliban” Türkiyədən gözləntisini açıqladı
Oxunma sayı: 3103

“Taliban” Türkiyə ilə əlaqələr qurmaq istəyir.

“Qafqazinfo” xəbər verir ki, bunu “Taliban” müvəqqəti hökumətinin xarici işlər nazirinin müavini Əmirxan Muttaki Kabildə keçirdiyi ilk mətbuat konfransında deyib.

“Digər ölkələrlə olduğu kimi, Türkiyə ilə də yaxşı əlaqələr qurmaq istəyirik. Türkiyədən gözləntimiz Əfqanıstan xalqının yanında olması və Əfqanıstanın infrastruktur işlərinə, xüsusən Kabil hava limanının yenidən inşasına kömək etməsidir.

Bu mövzularda onlarla əlaqədəyik. Ən yaxın zamanda danışıqlarımız tamamlana bilər”, - o qeyd edib.