Şuşaya səfər edənlərin bileti belə olacaq - Foto

Şuşaya səfər edənlərin bileti belə olacaq
Oxunma sayı: 6647

Xəbər verdiyimiz kimi, yanvarın 24-dən işğaldan azad edilmiş ərazilərə marşrut avtobusları təşkil olunacaq.

“Qafqazinfo”nun məlumatına görə, artıq səfərə hazırlaşanlar arasında biletini əldə edənlər də var.

Bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.

Məlum olub ki, Bakıdan Şuşaya gedən vətəndaş saat 05:30-da Bakı Beynəlxalq Avtovağzal Kompleksində olmalıdır. Minik vaxtı bu saata təsadüf edir, bir saat sonra isə səyahət başlayır.

Sərnişinlər Şuşaya “Mercedens-Benz Travego” avtobusu ilə yola düşəcək. 

Şuşa istiqamətində relyef nəzərə alınaraq, xüsusi əyləc tipi olan avtobuslar seçilib. İstiqamət kimi isə Şuşanın köhnə avtovağzalı qeyd olunub.

Qeyd edək ki, biletlərin bir tərəf üçün qiyməti Bakı-Şuşa - 10.40 AZN, Bakı-Ağdam  - 9.40 AZN, Əhmədbəyli-Şuşa - 7 AZN, Bərdə-Ağdam- 5 AZN, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa - 6 AZN-dir.