Şuşada tapılan erməni hərbçinin qalıqları təhvil verildi

Şuşada tapılan erməni hərbçinin qalıqları təhvil verildi
Oxunma sayı: 1256

Qarabağdakı döyüşlər zamanı ölən daha 1 erməni əsgərin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Meyit Şuşa ərazisində aşkarlanıb. Bildirilir ki, ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 686-ya çatıb.