Şuşada ilk modul tipli xəstəxana açıldı - Fotolar

Şuşada ilk modul tipli xəstəxana açıldı
Oxunma sayı: 2222

Şuşada ilk modul tipli xəstəxana fəaliyyətə başlayıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Elnarə Baxış feysbukda bildirib. 

6 palatadan ibarət xəstəxana təcili yardım, laboratoriya, reanimasiya və cərrahiyə xidmətləri göstərəcək.

Qeyd edək ki, bu, Qarabağda açılan ilk modul tipli tibb müəssisəsidir.