Şuşa beynəlxalq iclasa ev sahibliyi edəcək

Şuşa beynəlxalq iclasa ev sahibliyi edəcək
Oxunma sayı: 1442

TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyaların 9-cu iclası Şuşada keçiriləcək.

Bu barədə “Qafqazinfo”ya Azərbaycanın UNESCO-dakı Milli Komissiyasından bildirilib.

“Qürur hissi ilə bildiririk ki, TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyaların 9-cu iclası 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçiriləcək”, - deyə məlumatda bildirilir.

Bildirilir ki, bu barədə qərar Bursada, TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyaların 8-ci iclasında verilib.

Eldar Tanrıverdi