“Surmalu”dakı yanğın lokallaşdırıldı

“Surmalu”dakı yanğın lokallaşdırıldı
Oxunma sayı: 816

İrəvanda “Surmalu” ticarət mərkəzindəki yanğın lokallaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan FHN məlumat yayıb.

Bildirilir ki, 6 nəfərin axtarışları davam etdirilir.

İndiyədək 16 vətəndaşın öldüyü təsdiqlənib, onlardan 14-nün şəxsiyyəti məlum olub. Yeddi nəfər hospitalizə edilib. Ümumilikdə 62 nəfər xəsarət alıb.