“Suriyada əməliyyat üçün hər şey hazırdır”

“Suriyada əməliyyat üçün hər şey hazırdır”
Oxunma sayı: 1023

“Türkiyə Suriyanın şimalında quru əməliyyatını lazım bildiyi zaman keçirmək niyyətindədir”.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın açıqlayıb.

Onun sözlərinə görə, Türkiyə heç kəsdən icazə almaq niyyətində deyil: “Əməliyyat istənilən an, bu gün, sabah, bir həftə sonra həyata keçirilə bilər. Bunun üçün hər şey hazırdır. Əməliyyat doğru zamanda başlayacaq”.