Suraxanıda məhəllədaxili yollar asfaltlanır - Fotolar

Suraxanıda məhəllədaxili yollar asfaltlanır
Oxunma sayı: 848

Suraxanı rayonunda da aparılan abadlıq-quruculuq işləri çərçivəsində avtomobil yollarının təmir və tikintisi uğurla icra edilərək asfaltsız küçələrdə təmir işləri həyata keçirilir.

“Qafqazinfo” xəbər verir ki, əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırda Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsində uzunluğu 1500 m olan yolda 7500 kv.m asfalt örtüyünün vurulması işləri aparılır.

Qeyd edək ki, rayon ərazisində qəsəbələrarası yolların və məhəllədaxili küçələrin əsaslı şəkildə təmiri və yenidən qurulması mərhələli şəkildə həyata keçirilir.