Sumqayıtda külək ağacı qaz borusunun üzərinə aşırdı

Sumqayıtda külək ağacı qaz borusunun üzərinə aşırdı
Oxunma sayı: 1650

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində külək ağacı diametri 76 mm olan qaz xəttinin üzərinə aşırıb. 

Bu barədə "Qafqazinfo"ya "Azəriqaz"dan bildirilib.

Məlumata görə, nəticədə 5 yaşayış binasında təxminən 300 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Bərpa işlərinə başlanılıb.