Sükan arxasında ürəyi tutdu, maşına çırpılıb piyadanı vurdu

Sükan arxasında ürəyi tutdu, maşına çırpılıb piyadanı vurdu
Oxunma sayı: 1376

Qazaxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" nun verdiyi məlumata görə, hadisə Qazax şəhəri ərazisində qeydə alınıb. Rayon sakini  1963-cü il təvəllüdlü Cavanşir Əmiraslanov idarə etdiyi “Mercedes"markalı avtomobillə hərəkətdə olarkən ürəyi tutub. Nəticədə avtomobil idarəetmədən çıxaraq "VAZ 2107"yə çırpılıb. Daha sonra isə maşın 44 yaşlı piyada Gülşən Tağıyevaya dəyib. Ürəyi tutan sürücü və piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi