SSRİ-nin tanınmış aktyoru vəfat etdi

SSRİ-nin tanınmış aktyoru vəfat etdi
Oxunma sayı: 3269

SSRİ-nin tanınmış latviyalı aktyoru Arnis Litsitis 76 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun dostu, idman fotoqrafı Ziqizmunds Zalmanis feysbukda məlumat verib.

“Bizi görkəmli aktyor, əziz və xoş insan və nəhayət, mənim dostum Arnis Litsitis tərk etdi. Nəsə demək çətindir. O, indi başqa səhnədədir, digər kino aktyorları ilə görüşəcək”, - deyə Zalmanis yazıb.

Qeyd edək ki, A.Litsitis 1946-cı il yanvarın 8-də Riqada anadan olub. 1965-ci ildə “İyirmi ildən sonra filmi” ilə debüt edib. 200-dən çox film və teleseriallarda rol alıb. 1996-cı ildən Riqa Rus Dram Teatrının səhnəsində çıxış edirdi. Latviya aktrisası İnqa Ayzbaltla ailəli olub.