“Ukraynadakı müharibədə iştirak etmək üçün Rusiyada əlavə səfərbərlik planı yoxdur”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu jurnalistlərə açıqlaması zamanı bildirib.
Şoyqu ilin əvvəlindən 335 min nəfərin müqavilə və könüllü olaraq Rusiya ordusuna xidmətə getdiyini deyib:
“Döyüş bölgəsində lazımi sayda rus əsgəri xidmət edir”.
Rusiyada çağırış müddətinin oktyabrın 1-dən başladığını xatırladan Şoyqu bunun planlı şəkildə və qanun çərçivəsində həyata keçiriləcəyini vurğulayıb.
Şoyqu Rusiya Prezidenti Vladimir Putinin fərmanına uyğun olaraq bu çağırış dövründə 130 min nəfərin məcburi hərbi xidmətə cəlb olunacağını da qeyd edib.