Şoyqu erməni həmkarı ilə sülhməramlıların fəaliyyətini müzakirə etdi

Şoyqu erməni həmkarı ilə sülhməramlıların fəaliyyətini müzakirə etdi
Oxunma sayı: 961

Rusiya müdafiə naziri Sergey Şoyqu erməni həmkarı Suren Papikyanla danışıqlar aparıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, görüş X Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.

Tərəflər Qarabağda Rusiya sülhməramlılarının fəaliyyəti məsələlərini müzakirə ediblər.

“Biz də sizin kimi əvvəlki kimi əminik ki, bütün təmas xəttində atəşkəs rejimi əsas sabitləşdirici amildir”, - Şoyqu deyib.