Şoyqu Belarusa getdi

Şoyqu Belarusa getdi
Oxunma sayı: 1047

Rusiya Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi hərbi nümayəndə heyəti Belarusa işgüzar səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində iki ölkə arasındakı ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə ediləcək.

“Rusiya Müdafiə naziri, ordu generalı Sergey Şoyqunun başçılıq etdiyi Rusiya hərbi nümayəndə heyəti Minskə işgüzar səfərə gəlib”,- deyə Belarus Müdafiə Nazirliyinin mətbuat xidmətinin Telegram kanalında bildirilib.

Qeyd edək ki, bu günlərdə Belarus “Slavyan qardaşlığı - 2020” Rusiya-Belarus birgə hərbi təlimlərinə ev sahibliyi edir.