Son sutkada peyvənd olunanların sayı açıqlandı

Son sutkada peyvənd olunanların sayı açıqlandı
Oxunma sayı: 2418

Azərbaycanda son sutkada koronavirus əleyhinə 69 221 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 023, ikinci mərhələ üzrə 47 198 nəfərdir.

Vaksinasiyadan keçənlərin ümumi sayı 7 680 427, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 530 138, ikinci mərhələ üzrə isə 3 150 289 nəfər təşkil edir.