Son həftədə 223 vaksin vurulub

son-heftede-223-vaksin-vurulub
Oxunma sayı: 725

Azərbaycanda son həftədə koronavirus (COVID-19) əleyhinə 223 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci doza üzrə 50, ikinci doza üzrə 7 vaksin vurulub. Üç və daha çox doza üzrə vaksinasiya olunanlar sayı 150 nəfərdir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 16 nəfər təşkil edib.