“Son dəfə onunla Qurban bayramında danışdım” - Səfər Əbiyev

“Son dəfə onunla Qurban bayramında danışdım”
Oxunma sayı: 10707

Sabiq Müdafiə naziri Səfər Əbiyev müavini, general-leytenant Çingiz Məmmədovun vəfatından kədərləndiyini ifadə edən ürək sözlərini paylaşıb.

"Qafqazinfo" moderator.az-a istinadən həmin məlumatı təqdim edir:

"Bu acı xəbər məni çox üzdü. Çox duyğulandım. Amma nə etməli ki, yaranan bir gün köçəcək. Uzun illər bir yerdə çalışdığım, peşəkar hərbçi, həyatını və ömrünü ordumuzun inkişafına həsr etmiş general-leytenant Çingiz Məmmədovun ölümünü olduqca ağır qarşıladım. 

O, uzun sürən ağır xəstəlikdən sonra gözlərini əbədi dünyaya yumdu və haqqın dərgahına qovuşdu. Xəbəri gecə eşitdim. Oğlu yazmışdı. Son dəfə onunla Qurban bayramı günü danışdım. Bayramını təbrik etdim və artıq səs o səs deyildi...

Əzizim Çingiz, Allahdan Sənə böyük rəhmətlər diləyirəm! Yerin cənnət-məkan olsun! Əlvida dostum, əlvida əsgər yoldaşım!”.