Snayperlər Paşinyanı belə qoruyur - Video

Snayperlər Paşinyanı belə qoruyur
Oxunma sayı: 4447

Xəbər verdiyimiz kimi, dünən Ermənistan parlament binasının qarşısında müxalifətin etiraz aksiyası keçirilib. 

“Qafqazinfo”nun erməni mediasına istinadən xəbər verir ki, aksiya ərəfəsində ölkənin Baş naziri Nikol Paşinyanı qorumaq məqsədi ilə təhlükəsizlik tədbirləri gücləndirilib.

Bununla əlaqədar polis parlamentin həyətində işıq-səs bombası, parlament binasında isə snayperlər yerləşdirib.

Snayperlər ərazidə çəkiliş aparan telekanallardan birinin kamerasına tuş gəlib.