“Sivasspor” Mahir Emreli üçün bu məbləği təklif edib

“Sivasspor” Mahir Emreli üçün bu məbləği təklif edib
Oxunma sayı: 7558

Türkiyənin “Sivasspor” klubunun azərbaycanlı hücumçu Mahir Emreli üçün Polşa “Legiya”sına yolladığı təklifin məbləği məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb. Xəbərdə, Super Liqa təmsilçisinin 24 yaşlı hücumçu üçün “Legiya”ya 400 min avro təklif etdiyi bildirilib.

Bu, “Legiya”nın Mahirin satışından gözlədiyi məbləğdən çox aşağıdır. Varşava təmsilçisi azərbaycanlı futbolçu üçün azı 1 milyon avro tələb edir.