Şirvanda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub - Fotolar

sirvanda-usaqlarin-beynelxalq-mudafiesi-gunu-qeyd-olunub
Oxunma sayı: 718

İyunun 1-i “Heydər Əliyev İli” çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şirvan şəhərinin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsi önündə “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda bayram tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhid və qazi övladları, onların ailə üzvləri iştirak edib.

Öncə İlqar Abbasov şəhid və qazi uşaqları və müsabiqələrdə nailiyyət əldə etmiş şagirdlərlə birlikdə Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzüblər. Sonra şagirdlərin əl işlərindən və vətənpərvərlik mövzusunda rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. 

İcra başçısı çıxış edərək, bayram şənliyinə toplaşan çoxsaylı uşaqları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib.

Sonra İ. Abbasov üçəm övladlarının dünyaya gəlməsi münasibətilə Vətən müharibəsi iştirakçısı Mütəllimov Tural Ziyadxan oğlu və onun ailə üzvləri ilə görüşüb. Şirvan Şəhər Heydər Əliyev Mərkəzində görüş keçirən ŞİH başçısı gənc ailəyə səmimi təbriklərini çatdırıb. Daha sonra icra başçısı tərəfindən üçəmlərə uşaq arabaları, şəhid və qazi övladlarına hədiyyələr təqdim olunub.